Soyuq Havada İzlənməli Filmlər

filmzal
27 Ara 2020
Soyuq Havada İzlənməli Filmlər

1.The Thing

 

    • Antarktidada bir qrup norveçli alim qəribə donmuş yadplanetli bir məxluq kəşf edirlər. Onlar bu məxluqu tədqiq etmək üçün mərkəzə gətirirlər. Bir gecə bu məxluq canlanır və buzdan xilas olaraq gizlənir. Sonradan bir-bir tədqiqatçıları ovlamağa başlayır. Bir müddət sonra alimlər bir şeyin fərqinə vararlar, bu məxluq insanları ovladıqdan sonra onun cildinə girərək gizlənir və münasib vaxta qurbanını öldürür. Artıq insanlar bir -birinə güvənməməyə başlayar..

    The Thing Filmini izle


    2.Togo

     

  • Qəsəbəni təsiri altına alan epidemiyanın müalicə edilməsi üçün çətin bir yola çıxan bir adam və Toqo adlı itin hekayəsini mövzu götürür.

Togo Filmini izle


3.The Grey

 

  • Neftçilər briqadası evə qayıdır. Hər birinin öz həyatı və öz taleyi var. Baş qəhrəman onları müşayiət edən keçmiş snayper və ovçudur, fəhlələrin həyatına təhlükə yaradan canavarları zərərsizləşdirir. Yalnız öz işində təskinlik tapan Con sevimli həyat yoldaşının ölümü ilə barışa bilmir, ağlından intiharla bağlı fikirlər keçir. Növbəti səfərlərin birində briqadanı daşıyan təyyarə Alyaskada qəzaya uğrayır. Qəzadan yalnız səkkiz nəfər, o cümlədən Con sağ çıxır. Sivilizasiyadan kilometrlərlə uzaqda – qarlı səhrada ayılan sərnişinlər qida çatışmazlığı və sərt hava şəraitində həyat uğrunda mübarizə aparmalıdır. Öz qorxularına sinə gərməyə çalışan didərginlər, eyni zamanda qana susamış canavar dəstəsi tərəfindən təqib olunur.

The Grey Filmini izle


4.Snowpiercer

 

  • 2031-ci ildə, qlobal istiləşməni dayandırmaq üçün edilən bir təcrübə səhv getmiş və dünya yenidən buz dövrünə dönmüşdür. Bu fəlakətdən sonra sağ qalan az sayda insan, Snowpiercer adı verilən bir qatarda yaşamaq məcburiyyətində qalmışdır. Ancaq qatardakı insanlar, “idarə edən” və “idarə olunan” olaraq ikiyə ayrılmışdır. Müntəzəm əzilən arxa vaqon xalqı, artıq bu vəziyyətə bir son vermək istəyəcəkdir.

Snowpiercer Filmini izle


5.The Day After Tomorrow

 

  • Qlobal istiləşmə bütün Yer kürəsini təhlükə altında qoyub. Buzlaqların sürətlə əriməsi dünya okeanında temperaturun əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxarır. Dünyanın müxtəlif bölgələrini ard-arda dağıdıcı fəlakətlər ehtiva edir. Paleoklimatoloq alim Cek Holl hələ bu fəlakətlər baş verməzdən əvvəl Ağ Ev rəhbərliyini buzlaşma dövrünün yaxınlaşdığı barədə xəbərdar etmişdi. Ancaq onun dediklərini heç kim ciddiyə almırdı. Çünki hər kəs qlobal istiləşmənin adından da aydın olduğu kimi temperaturun daha da artmasına səbəb olacağını zənn edirdi. Ancaq bir müddət sonra ABŞ-a leysan yağışlar düşür, çox keçmədən bütün normaları aşan miqdarda qar yağır. Hökumət əhalinin şimal ştatlarından daha isti cənub ştatlarına və ya Meksikaya köçürülməsi üzrə təxirəsalınmaz təxliyə tədbirləri həyata keçirməli olur.

The Day After Tomorrow Filmini izle

6.Wind River

  • Kori Lambert hindu ərazisində yerləşən “Küləkli çay” səhrasında işgəncə verilmiş gənc qızın cəsədini tapır. Keçmiş təcrübəli ovçu bu işin istintaqında Federal Təhlükəsizlik Bürosunun agenti Ceyn Bennerə kömək etməyə borcludur, çünki Ceyn sirlərlə dolu və təcavüzkar dünyaya düşüb. Ancaq təbiətin intiqam hissi ilə dolu olduğu bu yerlərin bəd qüvvələrinə qarşı çıxa biləcəklərmi?.

Wind River Filmini izle

7.Home Alone

 

  • Amerikalı ailə Çikaqodan Avropaya yola düşür. Lakin tələsdikləri üçün valideynlər ailənin balaca övladı Kevin Makkalisteri evdə unudurlar. Balaca Kevin isə heç də evdə tək olmaqdan qorxan biri deyil. Çünki səyahət ərəfəsində o, Santa Klausdan valideynlərinin yox olmasını istəmişdi. Evdə azadlıq əladır! Lakin iki axmaq oğru onun həzzinə mane olmaq istəyir. Kevin həm özünü, həm evini oğrulardan qorumalıdır./li>

Home Alone Filmini izle

Rəylər